Azərbaycanda su təsərrüfatı ilə bağlı ayrıca qanunun qəbulu təklif olunur
Azərbaycanda su təsərrüfatı ilə bağlı ayrıca qanun qəbul olunmalıdır.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda keçirilən dinləmələrdə deputat Fəzail Ağamalı bildirib.
"Müşahidələr göstərir ki, bu gün vətəndaşlarımız sudan səmərəli istifadə etmir, su krantlarını açıq qoyur. Buna görə bu sahədə maarifləndirmə işləri gücləndirilməlidir. Maarifləndirmə işlərinə məhəl qoymayanlar isə qanunvericiliyə uyğun olaraq cəzalandırılmalıdır. Cinayət və İnzibati Xətalar Məcəllələrinə xüsusi maddələr əlavə edilməlidir",- deyə o qeyd edib.
Mənsurə Hümbətova