Azərbaycan və Türkmənistan “qurama” tikmə sənətini UNESCO-nun siyahısına salınmasını irəli sürüb

Azərbaycan və Türkmənistan “qurama” tikmə sənətini UNESCO-nun siyahısına salınmasını irəli sürüb

03 İyul 2024

Türkmənistanın UNESCO üzrə Milli Komissiyası “qurama” tikmə sənətinin qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün Azərbaycanın müvafiq qurumu ilə birgə iş aparır.

"NAXÇIVANXƏBƏRLƏRİ" Türkmənistan KİV-ə istinadən xəbər verir ki, bunu UNESCO üzrə Türkmənistan Milli Komissiyasının məsul katibi Çinar Rüstəmova deyib.

Onun sözlərinə görə, bu nominasiya Azərbaycan tərəfinin təşəbbüsü ilə irəli sürülüb: “Milli Komissiya, həmçinin sərgi və kitabxana fəaliyyətinin genişləndirilməsi yolu ilə Türkmənistan xalqının mədəni irsinin türk dünyasında təbliği istiqamətində əməkdaşlığın qurulması üçün Türkiyənin Türk Tarixi və Mədəniyyəti Fondu (TÜRKTAV) ilə danışıqlara başlayıb”.