Azərbaycan səfiri Koreya – Azərbaycan Assosiasiyasının üzvləri görüşüb

Azərbaycan səfiri Koreya – Azərbaycan Assosiasiyasının üzvləri görüşüb

02 Dekabr 2024

Azərbaycanın Cənubi Koreyadakı səfiri Ramin Həsənov Tequ-Könbuk Beynəlxalq Mübadilə Assosiasiyasının üzvü olan Koreya – Azərbaycan Assosiasiyasının nümayəndələri ilə görüşüb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin mətbuat xidməti bildirib.

“Tequ-Könbuk Beynəlxalq Mübadilə Assosiasiyasının (DGIEA) təşkilatçılığı ilə Tequ şəhərində keçirilən Dostluq Axşamında səfir Ramin Həsənov DGIEA-nın üzvü olan Koreya – Azərbaycan Assosiasiyasının üzvləri ilə görüş keçirib”, – məlumatda diqqətə çatdırılıb.

Xatırladaq ki, daha əvvəl Cənubi Koreyada Azərbaycanın turizm potensialı və turizm sahəsindəki imkanları təqdim edilmişdi.