![Azərbaycan şahmat millisinin Gürcüstanla yoldaşlıq görüşü üçün heyəti açıqlanıb](http://admin.naxcivanxeberleri.com/storage/uploads/images/blog/azerbaycan-sahmat-millisinin-gurcustanla-yoldasliq-gorusu-ucun-heyeti-aciqlanib-1708975809.jpg)
Azərbaycan şahmat millisinin Gürcüstanla yoldaşlıq görüşü üçün heyəti açıqlanıb
Qadın şahmatçılardan ibarət Azərbaycan millisinin Gürcüstanla yoldaşlıq görüşü üçün heyəti müəyyənləşib.
NAXCİVANXEBERLERİ.COM-un Azərbaycan Şahmat Federasiyasının (AŞF) mətbuat xidmətinə istinadən məlumatına görə, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət komanda 26 fevral - 2 mart tarixlərində sınaq xarakterli görüşdə iştirak edəcəklər.
Millimiz bu məqsədlə artıq Gürcüstana yollanıb. Razılaşmaya əsasən, şahmatçılar 5 tur çərçivəsində bir-biriləri ilə mübarizə aparacaqlar.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramının bir hissəsi olacaq yoldaşlıq görüşü rəsmi xarakter daşıyır və nəticələr FIDE reytinqinə hesablanacaq.
Mənsurə Hümbətova