Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

19 Aprel 2024

Azərbaycan parabadmintonçusu İbrahim Əliyev İspaniyanın Vitoriya şəhərində keçirilən beynəlxalq qoşa yarışda yarımfinala yüksəlib.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, sinqapurlu Tay Vey Minqlə birgə mübarizə aparan milli üzvü qrup mərhələsini uğurla başa vuraraq 1/4 finala yüksəlib.

Cütlük yarımfinal uğrunda qarşılaşmada Fransa təmsilçiləri Martın Baptiste-Sarrobert Klement tandeminə hər iki setdə qalib gəlib - 2:0 (21:13, 21:17). Onlar yarımfinalda Hindistan təmsilçiləri ilə qarşılaşacaqlar.

Mənsurə Hümbətova