Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə bürünc medal qazanıb

21 Aprel 2024

Azərbaycan parabadmintonçu İbrahim Əliyev İspaniyanın Vitoriya-Qasteys şəhərində keçirilən beynəlxalq turnirdə qoşa yarışda bürünc medal qazanıb.

Bu barədə NAXCİVANXEBERLERİ.COM-a Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Sinqapurlu Tay Vey Minqlə birgə mübarizə aparan idmançımız qrup mərhələsini uğurla tamamlayıb. 1/4 finalda Fransadan olan rəqiblərini məğlub edən cütlük yarımfinala vəsiqə qazanıb.

Burada Hindistan idmançılarına məğlub olan ikili bürünc medala sahib çıxıb.

Mənsurə Hümbətova