Azərbaycan paraatletika millisi təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb

Azərbaycan paraatletika millisi təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb

02 Mart 2024

Paraatletika üzrə Azərbaycan millisi Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək.

Milli Paralimpiya Komitəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, komanda bu məqsədlə qardaş ölkəyə yollanıb.

Yığma üzvləri martın 21-dək hazırlığını davam etdirəcəklər.

Bu toplanış martın 21-25-i aralığında İtaliyanın Cesolo şəhərində keçiriləcək “Jesolo 2024 World Para Athletics Grand Prix” yarışına hazırlıq xarakteri daşıyır.

Mənsurə Hümbətova