Azərbaycan mədəniyyət xərclərini 10 %-dən çox artırır
2025-ci ildə Azərbaycanda mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinin 635,3 milyon manat olması nəzərdə tutulur.
"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,4 % çoxdur.