Azərbaycan-Küveyt əməkdaşlığı müzakirə edilib

Azərbaycan-Küveyt əməkdaşlığı müzakirə edilib

23 May 2024

Azərbaycanla Küveyt arasında ikitərəfli əməkdaşlıq müzakirə edilib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Azərbaycanın Küveytdəki Səfirliyindən bildirilib.

Məlumata görə, səfir Emil Kərimov əmirliyin Baş nazirinin birinci müavini, müdafiə və daxili işlər naziri Şeyx Fəhad Yusif Soud əl-Sabah ilə görüşüb. Görüşdə ikitərəfli əməkdaşlığa dair müxtəlif məsələləri müzakirə edilib.