![Azərbaycan Kuboku: "Qarabağ" - "Neftçi" görüşünün hakimləri açıqlanıb](http://admin.naxcivanxeberleri.com/storage/uploads/images/blog/azerbaycan-kuboku-qarabag-neftci-gorusunun-hakimleri-aciqlanib-1713943808.jpg)
Azərbaycan Kuboku: "Qarabağ" - "Neftçi" görüşünün hakimləri açıqlanıb
Futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunlarının təyinatları açıqlanıb.
NAXCİVANXEBERLERİ.COM Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, günün diqqətçəkən görüşü olan "Qarabağ" - "Neftçi" qarşılaşmasını Əliyar Ağayev idarə edəcək.
Yarımfinal, cavab oyunları
24 aprel
17:00. “Qəbələ” – “Zirə”
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
VAR: Cavid Cəlilov.
AVAR: Eyyub İbrahimov.
Qəbələ şəhər stadionu
20:00. “Qarabağ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Tofiq Bəhramov adına Respublika stadionu
Mənsurə Hümbətova