Azərbaycan basketbol millisi Vətənə dönüb

Azərbaycan basketbol millisi Vətənə dönüb

11 İyun 2024

Kosovonun paytaxtı Priştina şəhərində keçirilən Avropa Kubokunun təsnifat mərhələsini uğurla başa vuran Azərbaycanın kişilərdən ibarət 3x3 basketbol millisi Vətənə dönüb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yığma üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Basketbol Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.

Azərbaycan millisi qrup mərhələsində Ermənistan, Kosovo, Kipr və Albaniya seçmələrini məğlub edib. Yarımfinalda İrlandiyanı mübarizədən kənarlaşdıran yığma finalda Kiprə qalib gələrək Avropa Kubokunun əsas mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, Avropa Kuboku avqustun 22-25-də Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək.