Azərbaycan Basketbol Liqasında həlledici mərhələ başlayır

Azərbaycan Basketbol Liqasında həlledici mərhələ başlayır

15 May 2024

Azərbaycan Basketbol Liqasında həlledici mərhələyə start verilir.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bu gün "Xırdalan" və "NTD-İndiqo" komandaları üçüncü yer uğrunda oyunda üz-üzə gələcəklər.

"Sərhədçi" İdman Mərkəzində reallaşacaq qarşılaşma saat 19:30-da start götürəcək.

Seriyanın ikinci matçı mayın 18-də baş tutacaq. İki görüşün yekununda qalib müəyyənləşməsə, üçüncü duel mayın 21-də gerçəkləşəcək.

Qeyd edək ki, sabah final seriyasının ilk oyununda "Xəzri" və "Sabah" kollektivləri qarşılaşacaqlar.