Avropa Parlamentinin komitə sədri: “Azərbaycan və Ermənistanın birgə bəyanatı ümid işığıdır”

Avropa Parlamentinin komitə sədri: “Azərbaycan və Ermənistanın birgə bəyanatı ümid işığıdır”

09 Dekabr 2023

Avropa Parlamentinin Təhlükəsizlik və Alt Komitəsi Azərbaycan və Ermənistan arasında əsir mübadiləsinə dair bəyanat yayıb.

Bu barədə NAXCİVANXEBERLERİ.COM xarici KİV-ə istinadən xəbər verir.

Avropa Parlamentinin Təhlükəsizlik və Alt Komitəsinin sədri Natali Luazo Azərbaycanla Ermənistan arasında əsir mübadiləsinə dair bəyanatın ümid işığı olduğunu bildirib.

"Azərbaycan və Ermənistan arasında əsir mübadiləsinin elan edilməsi ümid işığıdır. Qoy iki ölkə arasında sülh sazişi tezliklə əldə olunsun" - sədr əlavə edib.