AFFA İcraiyyə Komitəsinin üzvü UEFA-dan təyinat alıb

AFFA İcraiyyə Komitəsinin üzvü UEFA-dan təyinat alıb

04 Oktyabr 2023

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, qurumun İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan yeni təyinat alıb.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələ matçında iş başında olacaq.

K.Mehdiyeva AÇ-nin D qrupunda baş tutacaq İsrail – Estoniya görüşünün UEFA nümayəndəsi olacaq.

Qarşılaşma oktyabrın 12-də keçiriləcək.