Adil Kərimli Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib -

Adil Kərimli Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib - FOTO

11 Oktyabr 2024

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli oktyabrın 11-də Naxçıvan şəhərində vətəndaşların müraciətlərini dinləyib.

Nazirlikdən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirilib ki, qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə tər çiçək dəstəsi qoyaraq əziz xatirəsini ehtiramla yad edib.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində keçirilən qəbulda nazir Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib.

Vətəndaşlar əsasən mədəniyyət sahəsi ilə bağlı layihələr, təkliflər, məşğulluq və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.

Mədəniyyət naziri vətəndaşların xahiş və təkliflərini dinləyərək qaldırılan hər bir məsələnin operativ şəkildə araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.

Qəbulda iştirak edən şəhid ailələri və qazilərin qeyd etdikləri məsələlərə xüsusi diqqətlə yanaşılması, vaxtında və obyektiv baxılması ilə bağlı tapşırıqlar verilib.