Mikayıl Cabbarov Avropa çempionatında uğur qazanmış güləşçilər və onların məşqçiləri ilə görüşüb

Mikayıl Cabbarov Avropa çempionatında uğur qazanmış güləşçilər və onların məşqçiləri ilə görüşüb

16 Aprel 2025

Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında uğur qazanmış güləşçilər və onların məşqçiləri ilə görüşüb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə iqtisadiyyat naziri "X" sosial şəbəkə hesabında paylaşım edib.

Görüş zamanı güləşin inkişafı istiqamətində görülən işlər, əldə edilən yüksək nəticələr və perspektivlər barədə danışılıb.

İdmançıları və məşqçiləri təbrik edən Mikayıl Cabbarov nailiyyətlərin davamlı olmasını arzu edib.