Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində daha iki oyun keçiriləcək

Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində daha iki oyun keçiriləcək

21 Aprel 2025

Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində bu gün daha iki oyun keçiriləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, "Sərhədçi" "Sabah"la üz-üzə gələcək.

Qarşılaşma Sərhədçi İdman Mərkəzində baş tutacaq. Komandalar arasında ilk matçda "Sabah" rəqibini 90:64 hesabı ilə məğlub edib.

Digər görüşdə isə "Neftçi" "Ordu" ilə qarşılaşacaq. Bu matç Bakı İdman Sarayında keçiriləcək. Komandalar arasındakı ilk görüşdə "Neftçi” 93:84 hesablı qələbəyə sevinib.

Hər iki oyun saat 19:00-da başlayacaq.

Qeyd edək ki, pley-off mərhələsinin ötən gün baş tutan "Gəncə" - "Şəki" görüşündə meydan sahibləri 94:71 hesablı qələbə qazanıb.