Xocalı soyqırımı ilə bağlı paylaşımlar sosial medianın trendində
Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Azərbaycanda sosial media istifadəçilərinin etdiyi paylaşımlar həm ölkə daxilində, həm də xaricdə geniş yayılaraq trendə düşüb.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, fevralın 25-i Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial media hesablarından etdikləri paylaşımların ardınca sosial media istifadəçiləri soyqırıma dair çoxsaylı fotoşəkil, video-görüntü və məlumatlar, həm Xocalı faciəsini ilə bağlı 32 il əvvəl çəkilmiş, həm də Xocalının azad olunmasından sonra çəkilmiş görüntülər paylaşıblar. Xocalı sakinlərinin 32 ildən sonra öz doğma torpaqlarına qayıdışına həsr olunmuş hekayələr əsasında çəkilmiş reportajlar daha böyük maraqla qarşılanıb.
Birinci vitse-prezident Mehriban xanım Əliyeva Xocalı soyqırımıı ilə bağlı paylaşımda #XocalıyaƏdalət həştəqindən istifadə edib.
Həmçinin ölkə başçısının Xocalıda soyqırımı memorialının təməlini qoyması və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü də sosial mediada böyük maraq doğurub. Ümumulikdə, bu mövzuda paylaşımlar Amerika Birləşmiş Ştatları, Türkiyə, Ermənistan, Rusiya, İran, Hollandiya, Almaniya, Fransa, Kanada və dogər ölkələrdə sosial media trendinə düşüb.
Mənsurə Hümbətova