Xırda talama dedikdə nə başa düşülür? -

Xırda talama dedikdə nə başa düşülür? - HÜQUQ MƏSLƏHƏTİ

10 İyun 2024

Sual: Xırda talama dedikdə nə başa düşülür?

Cavab: Xırda talama dedikdə, oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakının talanması başa düşülür. Bu inzibati xətanı törətmiş şəxs on altı yaşı tamam olmuş fiziki şəxs olduqda məsuliyyət yaranır.

Zərər çəkmiş şəxs dedikdə, xırda talama nəticəsində mənəvi və maddi zərər dəymiş şəxs başa düşülür.

Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir.

Qeyd: İnzibati Xətalar Məcəlləsində göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi,ədliyyə müşaviri - Səttar Əsgərov