XİN: Aİ-nin Ermənistandakı missiyası Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi sui-istifadə olunur
Avropa İttifaqının (Aİ) Ermənistandakı Monitorinq Missiyası Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə olunur.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılan Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalkoya bildirilib.
"Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının əldə olunmuş ilkin razılıqlara zidd olan fəaliyyəti ciddi narahatlıq doğurur. Sözügedən missiya regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə olunur", - XİN-dən vurğulanıb.
Mənsurə Hümbətova