![Xankəndidə silah-sursat aşkarlanıb](http://admin.naxcivanxeberleri.com/storage/uploads/images/blog/xankendide-silah-sursat-askarlanib-1713594612.jpeg)
Xankəndidə silah-sursat aşkarlanıb
Polis əməkdaşlar Xankəndi şəhərində tapança, avtomat və qumbaralar tapıblar.
Bu barədə NAXCİVANXEBERLERİ.COM-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 19-da Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 2 tüfəng, 6 qumbara, 5 alışdırıcı, 33 patron darağı, 1348 ədəd müxtəlif çaplı patron, 2 ədəd rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürülüb.
Mənsurə Hümbətova