Vladislav Kanevski: İdrak Camalbəyli qəhrəmanlıq göstərirdi
İdrak Camalbəylinin reportajlarında həmişə real hadisələr, eləcə də əllərində silahla öz doğma torpaqlarını müdafiə edən insanların hissləri əks olunurdu.
NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski azərbaycanlı hərbi müxbir İdrak Camalbəylinin dəfn mərasimindən sonra sosial şəbəkələrdə yazıb.
İ.Camalbəyli martın 29-da uzun müddətdir yaşadığı Ukraynanın paytaxtı Kiyev şəhərində ürəktutmasından vəfat edib.
Dəfn mərasimində iştirak edən səfir Rusiya-Ukrayna müharibəsi başlayan dövrdən İdrak Camalbəylinin ən qaynar nöqtələrə getdiyini vurğulayıb:
“O, bütün Avropanın sülhü və əmin-amanlığı üçün yüksək bədəl ödəyən Ukrayna xalqının şücaətini, qəhrəmanlığını göstərirdi”.
Mənsurə Hümbətova