
Valentina Matviyenko: Rusiya-Azərbaycan münasibətləri möhkəm dostluq bağlarına əsaslanıb
Rusiya-Azərbaycan münasibətləri həmişə möhkəm dostluq bağlarına və mehriban qonşuluq prinsiplərinə əsaslanıb.
NAXCİVANXEBERLERİ.COM-un xəbərinə görə, bu fikirlər Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkonun Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda əksini tapıb.
Məktubda qeyd edilib ki, bu münasibətlər, o cümlədən parlament xətti ilə əlaqələr indi də konstruktiv istiqamətdə inkişaf edir, müttəfiqlik tərəfdaşlığını və qarşılıqlı faydalı əməkdaşlığın potensialını üzə çıxarmaqda davam edir.
Mənsurə Hümbətova