Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb

19 Aprel 2024

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.

Əmrə əsasən respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” keçiriləcək.

2024-cü il 21–27 aprel tarixlərini əhatə edəcək “İmmunlaşdırma həftəsi” çərçivəsində bütün şəhər və rayonlarda hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb edilməsi, peyvəndlərlə əhatə səviyyəsi xüsusilə aşağı olan regionlarda monitorinqlərin keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda, uşaqların vaksinasiyasını həyata keçirən tibb müəssisələrinə immunlaşdırma tədbirlərinin təşkilində metodiki köməkliyin göstərilməsi, əhalinin bu barədə maarifləndirilməsi kimi məsələlərin təşkili də nəzərdə tutulub.

Mənsurə Hümbətova