![ÜST yeni pandemiya ilə bağlı xəbərdarlıq edib: "Dünya buna hazır deyil"](http://admin.naxcivanxeberleri.com/storage/uploads/images/blog/ust-yeni-pandemiya-ile-bagli-xeberdarliq-edib-dunya-buna-hazir-deyil-1707742015.jpeg)
ÜST yeni pandemiya ilə bağlı xəbərdarlıq edib: "Dünya buna hazır deyil"
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus yeni pandemiya ilə bağlı xəbərdarlıq edib.
NAXCİVANXEBERLERİ.COM xarici KİV-ə istinadən xəbər verir ki, o, bunun mümkün olduğunu bildirib.
“Amma insanlar buna hazır deyillər. Dünya hələ də növbəti X xəstəliyinə və növbəti pandemiyaya hazır deyil. Əgər sabah növbəti pandemiya olsa, dünya COVID-19 zamanı qarşılaşdığımız eyni problemlərlə üzləşəcək”, - ÜST-ün baş direktoru vurğulayıb.
Mənsurə Hümbətova