
Uşaqların zərərli informasiyadan qorunması dedikdə hansı məlumatlar başa düşülür? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Uşaqların zərərli informasiyadan qorunması haqqında Qanununa əsasən cinayətləri təbliğ edən informasiya dedikdə hansı məlumatlar başa düşülür?
Cavab: Cinayətləri təbliğ edən informasiya dedikdə uşaqlarda cinayət törətmək həvəsi oyadan, cinayətkar mühiti, o cümlədən cinayətləri və cinayətkarları, kriminal norma və dəyərləri, cinayətkar mühitin kriminal jarqonları da daxil olmaqla atributlarını və simvollarını müsbət mənada təqdim və təbliğ edən informasiyalar başa düşülür.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov