
Uşaqların təlim-tərbiyəsi vəzifələrinin yerinə yetirilməməsi hansı halda inzibati məsuliyyət yaradır? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Uşaqların təlim-tərbiyəsi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi hansı halda inzibati məsuliyyət yaradır?
Cavab: İnzibati Xətalar Məcəlləsinin 189.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə -xəbərdarlıq edilir və ya qırx manatdan altmış manatadək məbləğdə cərimə edilir.
Sualı cavablandırdı: Naxşıvan Şəhər prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri - Elməddin Bağırov
Mənsurə Hümbətova