Uşaqlar üçün dövrüyyəsi qadağan edilən informasiyalar hansılardır? -

Uşaqlar üçün dövrüyyəsi qadağan edilən informasiyalar hansılardır? - HÜQUQ MƏSLƏHƏTİ

14 Fevral 2025

Sual: Uşaqlar üçün dövrüyyəsi qadağan edilən informasiyalar hansılardır?

Cavab: Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya aşağıdakılar aiddir:

1. zorakılığı və qəddarlığı təbliğ edən informasiya;

2. cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri təbliğ edən informasiya;

3. uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən informasiya;

4. ailə institutunu nüfuzdan salan informasiya;

5. əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya;

6. pornoqrafik xarakterli informasiya.

Müəyyən yaş qrupuna aid uşaqlar arasında dövriyyəsi məhdudlaşdırılan informasiyaya aiddir:

1. zorakılığı və qəddarlığı nümayiş edən informasiya;

2. qeyri-məişət leksik (jarqon) məzmunlu informasiya;

3. qorxu məzmunlu informasiya;

4. erotik məzmunlu informasiya.

Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələrinin tətbiq edilmədən yayılmasına yol verilmir.

Müəyyən yaş qrupuna aid olan uşaqlar arasında yayılması məhdudlaşdırılan informasiyanın dövriyyəsi Uşaqların zərərli informasiyadan qorunması haqqında Qanunun 7-12-ci maddələrinə uyğun olaraq həyata keçirilir.

Uşaqlar arasında dövriyyəsi qadağan edilən və ya məhdudlaşdırılan informasiyanın istehsalçısı və yayıcısı Qanunda müəyyən edilmiş qaydalara riayət etməyə borcludur.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov