
Türkiyənin Azərbaycandakı yeni səfiri Fəxri xiyabanı ziyarət edib - FOTO
Türkiyənin Azərbaycandakı yeni səfiri Birol Akgün Fəxri xiyabanı ziyarət edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, diplomat Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək önünə əklil qoyub.
Görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın xatirəsi də ehtiramla anılıb.
Səfir daha sonra Şəhidlər xiyabanını ziyarət edib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanları yad edib, məzarlarının üzərinə qərənfillər düzüb.
Sonda isə “Türk şəhidliyi” abidəsi ziyarət olunub.