İrakli Kobaxidze Sahibə Qafarova görüşüb

İrakli Kobaxidze Sahibə Qafarova görüşüb

11 Mart 2025

Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova iki ölkə arasında strateji tərəfdaşlığı və birgə regional layihələri müzakirə ediblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.

Onlar iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər. Həmçinin bu ilin yanvar ayında keçirilmiş iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 10-cu iclasının səmərəliliyi qeyd olunub.

Tərəflər Orta Dəhlizin səmərəli fəaliyyətinə dəstək məsələlərini müzakirə ediblər.

Cənubi Qafqaz regionunda sülh və sabitliyin önəmi vurğulanıb. Hökumət başçısı qeyd edib ki, Gürcüstan bundan sonra da regionda sülh və inkişafın təmin olunmasına töhfə verməyə hazırdır.