
Türkiyə mediası: "Prezident Ərdoğanın zəfərinə ilk təbrik qardaş Azərbaycandan gəldi"
Azərbaycan Prezidenti İlham Əliyevin Rəcəb Tayyip Ərdoğanı prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik etməsinə Türkiyə mediasında geniş yer verilib.
NAXCİVANXEBERLERİ.COM-un xəbərinə görə, Türkiyənin əksər televiziyaları və tanınmış xəbər agentlikləri bu xəbəri işıqlandırılıb. Türkiyə mediası prezident Əliyevin təbrikini " Prezident Ərdoğanın zəfərinə ilk təbrik qardaş Azərbaycandan gəldi" başlığı ilə yayıb.
Türkiyə mediası İlham Əliyevin Ərdoğanı Azərbaycana rəsmi səfərə dəvət etməsini də xüsusi vurğulayıb.