Taliyə İbrahimova: Bir çox hallarda erkən nikahla bağlı valideynləri məsuliyyətə cəlb etmək olmur

Taliyə İbrahimova: Bir çox hallarda erkən nikahla bağlı valideynləri məsuliyyətə cəlb etmək olmur

11 İyun 2024

Bir çox hallarda erkən nikahla bağlı valideynləri məsuliyyətə cəlb etmək olmur.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova Milli Məclisdə çıxışı zamanı deyib.

Şöbə müdiri bildirib ki, buna səbəb məcburetmənin sübuta yetirilə bilməməsidir: “Yetkinlik yaşına çatmayan şəxs polisə ifadə verir ki, onu erkən nikaha heç kim məcbur etməyib. Bu, statistikada da özünü göstərir. Misal olaraq, keçən il ölkədə cəmi bir belə fakta görə cinayət işi açılmışdı. Bu səbəbdən Ailə Məcəlləsinə yetkinlik yaşına çatmayanları erkən nikaha cəlb edənlərin cəzalandırılması ilə bağlı təklif edilən dəyişiklik alqışlanandır”.