Süleyman Neymətov “Naxçıvan Qaziləri” İctimai Birliyinin üzvləri ilə görüşüb

Süleyman Neymətov “Naxçıvan Qaziləri” İctimai Birliyinin üzvləri ilə görüşüb

27 Fevral 2024

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Süleyman Neymətov ictimai birliyinin üzvlərini qəbul edib.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Süleyman Neymətov qazilərin hər zaman yanında olduqlarını bildirib. Diqqətə çatdırıb ki, xalqımızın Ali Baş Komandanının ətrafında sıx birləşməsinin nəticəsidə Azərbaycanın ərazi bütövlüyü təmin edildi.  Ötən gün Ali Baş Komandanın Xocalı şəhərində şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün memorial kompleksin təməlini qoyması və sakinlərlə görüşməsi  faciə zamanı şəhid olan insanların ruhunu şad etdi.

“Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri Ceyhun Bayramov qeyd edib ki, birliyinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Birinci və İkinci Qarabağ müharibəsində sağlamlığını itirmiş ehtiyatda olan hərbçiləri bir araya toplayan birliyin məqsədi onların qarşılaşdıqları çətinlikləri dövlət qurumlarına çatdırmaqdır. Birliyin sədri onu da qeyd edib ki,üzvlər mütəmadi olaraq şəhidlik zirvəsinə ucalan döyüş yoldaşlarının məzarlarını və ailələrini ziyarət edir. Onların anım tədbirlərində olurlar. Silahdaşlarının xatirəsini yaşatmağa çalışırlar və bu sahədə əzm göstərirlər. Bu məqsədlə birliyin ofisində də Şəhidlər guşəsi yaradılıb. Vətənin bütövlüyü uğrunda sağlamlığını və canını qurban verən oğullar daim dövlətin qayğısını öz üzərində hiss edirlər.


Sonda qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.

Mətin Kamal