Son zərurət cinayət məsuliyyətinə səbəb olurmu? -

Son zərurət cinayət məsuliyyətinə səbəb olurmu? - HÜQUQ MƏSLƏHƏTİ

11 Fevral 2025

Sual: Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən son zərurət cinayət məsuliyyətinə səbəb olurmu ?
 
Cavab: Son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxslərin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini bilavasitə qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün bu Məcəllə ilə qorunan obyektlərə zərər vurmaq yolu ilə törədilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni başqa vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, cinayət sayılmır.

Baş vermiş təhlükənin xarakterinə və dərəcəsinə, habelə həmin təhlükənin aradan qaldırılması şəraitinə aşkar surətdə uyğun olmayan zərər vurulması və vurulmuş zərərin qarşısı alınmış zərərə bərabər və ya ondan artıq olması son zərurət həddini aşma sayılır. Son zərurət həddini bu qaydada aşma, yalnız qəsdən zərər vurulduqda cinayət məsuliyyətinə səbəb olur.

Sualı cavablandırdıŞərur rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas - Nurlan Əhmədli