Son 3 ildə Azərbaycanda POS-terminal üzrə ödənişlərin dövriyyəsi 10 min manata çatıb

Son 3 ildə Azərbaycanda POS-terminal üzrə ödənişlərin dövriyyəsi 10 min manata çatıb

15 May 2024

Son beş ildə finteks, xüsusilə texnologiyalar sahəsinə investisiyalar kifayət qədər artıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Azərbaycan Finteks Assosiasiyasının İdarə Heyətinin sədri Ruslan Talıbov Bakıda keçirilən “Fintex Sammit 2024” tədbirində deyib.

O bildirib ki, ötən il qlobal fintex sahəsinə 113 milyard manat investisiya qoyulub.

“Ümumilikdə 2022-ci ildə bu sektorda dünya səviyyəsində durğunluq var idi. Buna səbəb dünyada faizlərin atması, qeyri-sabit siyasət və nəticədə investorların bir qədər ehtiyatlı davranmalarıdır. Ölkə səviyyəsində son beş ildə nağdsız ödəniş 10 dəfəyə yaxın inkişaf edib. Son üç ildə POS-terminal üzrə ödənişlər 4 dəfəyə yaxın artıb. Belə ki, hər il POS-terminal üzrə ödənişlər 4 dəfəyə yaxın artaraq dövriyyə 10 min manata çatıb”, - deyə R.Talıbov qeyd edib.