
Sloveniya - Serbiya matçının ən yaxşı futbolçusu müəyyənləşib
Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin II turunda baş tutan Sloveniya - Serbiya matçının ən yaxşı futbolçusu müəyyənləşib.
"NAXÇIVANXƏBƏRLƏRİ" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, sloveniyalıların heyətində Yan Karniçnik qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.
29 yaşlı müdafiəçi Serbiya ilə matçda komandasının yeganə qolunu vurub.