Şəxsiyyət vəsiqəsi olmadan yaşama məsuliyyətə səbəb olurmu? -

Şəxsiyyət vəsiqəsi olmadan yaşama məsuliyyətə səbəb olurmu? - HÜQUQ MƏSLƏHƏTİ

14 İyul 2023

Sual: Şəxsiyyət vəsiqəsi olmadan yaşama məsuliyyətə səbəb olurmu?

Cavab: Bəli. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 565-ci maddəsinə əsasən vətəndaşın bir aydan artıq müddətdə şəxsiyyət vəsiqəsi olmadan yaşaması inzibati məsuliyyətə səbəb olur. Həmin inzibati xətanı törətmiş şəxslərə xəbərdarlıq edilir və ya həmin şəxslər iyirmi manat məbləğində cərimə edilir.

Sualı cavablandırdı: Babək rayon prokurorunun köməkçisi III dərəcəli hüquqşünas - Nəriman Vəliyev