
Şəxsin özgə əmlakını gizli yolla talaması... - Hüquq məsləhəti
Sual: Şəxsin özgə əmlakını gizli yolla talaması hansı hallarda cinayət məsuliyyətinə səbəb olur?
Cavab: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinə əsasən, özgə əmlakının gizli yolla talanması (oğurluq), əgər beş yüz manatdan yuxarı məbləğdə ziyan vurulubsa, cinayət məsuliyyətinə səbəb olur.
Lakin, həmin Məcəllənin aşağıdakı maddələrində göstərilən hallarda cinayət məsuliyyəti yüz manatdan yuxarı məbləğdə ziyan vurulduqda da yaranır:
- 177.2.1 – Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
- 177.2.2 – Təkrar törədildikdə;
- 177.2.3 – Yaşayış sahəsinə, binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə;
- 177.2.3-1 – Elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə;
- 177.2.3-2 – Neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə;
- 177.3.1 – Mütəşəkkil dəstə tərəfindən törədildikdə.
Cavablandırdı: Kəngərli rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas
Şahmar Həşimov