Şəxsin minaya düşərək xəsarət alması faktı ilə bağlı araşdırma aparılır

Şəxsin minaya düşərək xəsarət alması faktı ilə bağlı araşdırma aparılır

02 Aprel 2024

Aprelin 2-də Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində 1 nəfərin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə Ağdam rayon prokurorluğu məlumat yayıb.

Hadisə nəticəsində ərazidə mina təmizləmə işləri aparan Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1987-ci il təvəllüdlü Əliyev Xəyyam Qəmbər oğlu xəsarət alıb və istifadə olunan texnikaya maddi ziyan dəyib.

Hazırda Xəyyam Əliyevin vəziyyəti qənaətbəxşdir.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Mənsurə Hümbətova