
Sərxoş halda törədilmiş cinayətə görə şəxs məsuliyyətdən azad oluna bilərmi? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Sərxoş halda törədilmiş cinayətə görə şəxs məsuliyyətdən azad oluna bilərmi?
Cavab: Səbəbindən asılı olmayaraq (alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə nəticəsində) sərxoş halda cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad olunmur.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov