Şərur OİK-ə məxsus mehmanxana qonaqların xidmətindədir 

Şərur OİK-ə məxsus mehmanxana qonaqların xidmətindədir 

02 Aprel 2024

Şərur Olimpiya İdman Kompleksində hotel xidməti bərpa olunub. Kompleksin mehmanxanasında qonaqlar sərfəli qiymətə gecələyə bilərlər. Burada 2-si VİP olmaqla, ümumilikdə 30 otaq mövcuddur. Otaqlar iki nəfərlikdir. İnternet paylayıcı cihazlar aktivdir. Otaq rezervasiyası üçün (036) 542-24-70 nömrəsi ilə əlaqə saxlamaq lazımdır.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, 2009-cu ildə istifadəyə verilən kompleksdə futbol və üzgüçülük üzrə bölmələr fəaliyyət göstərir. 9 hektarlıq ərazidə yerləşən kompleks Üzgüçülük Mərkəzi, ikimərtəbəli böyük idman zalı, 2400 nəfərlik tamaşaçı tutumuna malik süni örtüklü futbol meydançası, voleybol, basketbol və minifutbol meydançaları, tennis kortu və üçmərtəbəli mehmanxanadan ibarətdir.

Mənsurə Hümbətova