Şərqi Zəngəzurda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti vahid indekslərin siyahısına daxil edilib

Şərqi Zəngəzurda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti vahid indekslərin siyahısına daxil edilib

20 Noyabr 2023

Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nda dəyişiklik edib.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti sözügedən siyahıya daxil edilib.