Şəhidimiz yad olundu

Şəhidimiz yad olundu

22 Dekabr 2024

2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi sayəsində rəşadətli Silahlı Qüvvələrimizin cəsur əsgər və zabitlərinin misilsiz şücaət göstərərək və qəhrəmanlıq salnaməsi yazdılar. Tarixi Zəfərin qazanılması ilə Ümummilli lider Heydər Əliyevin bizə miras qoyduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü təmin olunub və tarixi ədalət bərpa edilib. Bu gün müstəqil, ərazi bütövlüyü təmin olunmuş ölkədə yaşadığımıza görə canını Vətən yolunda qurban verən övladlara borcluyuq. Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir.

Belə Vətən övladlarından biri olan, Vətən müharibəsi şəhidi Həmzəyev Mərhəmət Rizvan oğlu anım günündə yad edildi. 

Qəhrəmanımızın dəfn edildiyi Şahbuz rayon Keçili kəndində, məzarı başında anım mərasimi keçirildi.

Mərasimdə Şahbuz Rayon İcra Hakimiyyəti aparatının, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşları, N Saylı Hərbi hissə nümayəndələri, qazilər, şəhid ailələri, şəhidin doğmaları, rayon sakinləri iştirak etdilər.

Mərasim iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini yad etdilər, ruhlarınana dualar oxudular.

Tədbirdə çıxış edənlər şəhidimizə bağlı xatirələrini bölüşüb, onun ailəsinə dərin hörmət və ehtiramlarını bildirdilər.

Qeyd olundu ki, Mərhəmət kimi qorxmaz oğullarımızın sayəsində tarixi torpaqlarımızı bərpa etdik. İndi Mərhəmətin və bütün şəhidlərimizin uyuduğu torpaq xalqımızın ən əziz ziyarət yeridir. Xalqımız canını vətən azadlığı üçün fəda edən qəhrəmanlarımızı heç vaxt unutmur, unutdurmur.

Mərhəmət Rizvan oğlu Həmzəyev 24 fevral 1997-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayon Keçili kəndində anadan olub. 2003-cü ildə Keçili kənd tam orta məktəbin birinci sinfinə daxil olub. 9-cu sinfi bitirəndən sonra, 2012-ci ildə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseydə təhsilini davam etdirib.

2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub, 2019-cu ildə bu məktəbi bitirib. İlk olaraq Şəmkir rayonuna təyinat alıb, leytenant kimi hərbi xidmət fəaliyyətinə başlayıb.

Mərhəmət Həmzəyev 2020-ci il iyul ayının 12 də Tovuz döyüşlərində iştirak edib, sonra isə 44 günlük Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq nümayiş etdirib. Mərhəmət Həmzəyev Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapılmayıb. Ötən il dekabrın 22-də böyük izdihamla doğma kəndi Keçilidə dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mərhəmət Həmzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mərhəmət Eyvazov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı və "3-cü dərəcəli" Rəşadət ordeni" ilə təltif edilib.

Artıq arxada qalmış Vətən müharibəsində düşmənlə üzbəüz döyüşüb onu geri oturdarkən şəhid olmuş igidlərimiz, ilk növbədə, onları dünyaya gətirən, böyüdüb ərsəyə çatdıran, qələbə öyüdü ilə cəbhəyə yola salan ata-anaların can itkisidir. Hünərləri ilə ölkəmizin ərazisini bütövləşdirən, itirilmiş torpaqlarımızı axan qanları ilə yenidən vətənləşdirən bu şəhidlərin hər biri fiziki ölümləri ilə mənəvi ölümsüzlüyə qovuşsalar da, onlar bir ailənin övladı, bir nəslin doğması, bir elin-obanın yetirməsidir.

İslam aləminin tanınmış zəka və kəramət sahibi olan Şeyx Səfiəddin dərin elmi, parlaq istedadı və müstəsna qabiliyyəti ilə dövrünün ən kütləvi dini təmayüllərindən olan Səfəvi təriqətini yaratmış, qüdrətli Səfəvi dövlətinə aparan yolun başlanğıcını qoymuşdu. Müqəddəs “Quran”ın və İslam peyğəmbəri Məhəmmədin hədislərinin təfsirində xüsusi zəka nümayiş etdirən ulu şeyxin yaradıcısı olduğu təriqətin əsas dəyərləri səbr və təmkin anlayışı idi. Şeyx Səfiəddinin inamı və etiqadı belə idi ki, Allahdan gələn əmr səbirlə qarşılanmalıdır və haqqdır. Bu təriqətdə insanın ən ağır sınaqlar qarşısında dözüm göstərməsi imandan sayılırdı.

Qəhrəmanı dərin hörmətlə yad edir, ailəsinə səbr diləyirik.

Ruhu şad olsun!

Bəxtiyar ƏLİYEV

Azərbaycan Jurnalistlər Birliyinin üzvü