Naxçıvanda çörək istehsalı və istehlakı normal qaydada davam edir

Naxçıvanda çörək istehsalı və istehlakı normal qaydada davam edir

22 Dekabr 2024

“APF” Şirkətlər Qrupu ictimaiyyətin nəzərinə çatdırır ki, “APF Qida” MMC-ə aid çörək istehsalı zavodunda fəaliyyət gündəlik normalara uyğun olaraq davam etdirilməkdədir. Naxçıvanda qida məhsullarına olan tələbatın qarşılanması baxımından şirkətin üzərinə düşən hasilat payı qarşılanmaqdadır. Şirkətə məxsus çörək zavodunun istehsal gücü nəzərə alınmaqla hər gün kifayət qədər çörək muxtar respublika ərazisindəki iaşə və satış obyektlərinə paylanılılır.

Şirkət tərəfindən işçilərlə münasibətlər əmək qanunvericiliyinə uyğun olaraq tənzimlənir və onlar 8 saatlıq iş rejimində çalışırlar.

Şirkətdən "NAXÇIVANXƏBƏRLƏRİ" -nə bildirilib ki, işçilərin əməkhaqqları da stabil qaydada ödənilir. Çörək zavodunda fəaliyyət göstərən işçilərə noyabr ayının əməkhaqqısı 3 dekabr tarixində tam olaraq ödənilib.

"Məlumat üçün əlavə edək ki, yüksək tələbatın qarşılanmasındakı öhdəliklər nəzərə alınmaqla uzun müddətdir ki, işçilərin fəaliyyəti növbəlilik prinsipi əsasında tənzimlənir. Bu iş mexanizmi işçi hüququnun tam şəkildə gözlənilməsi əsasında həyata keçirilir". - deyə APF Şirkətlər Qrupundan bildirilib.