Səfir: “Ölkəmizdə qadınlara qarşı zorakılığın qarşısını almaq üçün qanunlar hazırlanıb”

Səfir: “Ölkəmizdə qadınlara qarşı zorakılığın qarşısını almaq üçün qanunlar hazırlanıb”

20 Noyabr 2023

“Panama qadınların hüquqlarına və onların zorakılıqdan qorunmasına xüsusi diqqət yetirir, bunun üçün xüsusi qanunlar qəbul edilib”.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu Panamanın Azərbaycandakı səfiri Mariela del Karmen Sagel Rosas noyabrın 20-də Qoşulmama Hərəkatının ailə, qadın komitələrinin Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda konfransda çıxışı zamanı deyib.

“Ölkəmiz qadınların hüquqlarını qorumaq üçün çox böyük səylər göstərib. Biz qadınlara qarşı zorakılığın qarşısını almaq üçün sanksiyalar və qanunlar tətbiq etmişik. Panama 2024-cü ilə qədər bu istiqamətdə irimiqyaslı layihələr həyata keçirməyi planlaşdırır. Bundan əlavə, ölkədə qadın məsələləri üzrə nazirlik yaradılıb. Yetkinlik yaşına çatmayan qızlar arasında QİÇS-in yayılmasının qarşısının alınması və erkən hamiləlik probleminin aradan qaldırılması istiqamətində də fəal işləyirik”, - o bildirib.