Sahibsiz heyvanlarla bağlı qanunvericilik nə deyir ? -

Sahibsiz heyvanlarla bağlı qanunvericilik nə deyir ? - HÜQUQ MƏSLƏHƏTİ

16 Oktyabr 2023

Sual: Son dövrlərdə gecələr sahibsiz itlərin küçələrində gəzdiyinin, insanlara hücum etdiyinin şahidi oluram. Sahibsiz heyvanlarla bağlı hansı tədbirlər həyata keçirilməli olduğunu bilmək istərdim? Bunun üçün hansı orqana müraciət etməliyəm?

Cavab: “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən tutulan sahibsiz heyvanlar müvafiq sığınacaqlarda saxlanılmalıdır. Heyvanlar quduzluğa, insan həyatı üçün təhlükəli olan digər xəstəliklərə tutulduqda və ya insanların həyat və sağlamlığı üçün təhlükə yaratdıqda məhv edilirlər. Müxtəlif səbəblərdən ölmüş heyvanların cəsədlərinin məhv edilməsi baytarlıq nəzarətində olan heyvan qəbiristanlığında, yaxud mərkəzləşdirilmiş util zavodunda aparılır. Sahibsiz heyvanlara qarşı mübarizə tədbirlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.

Sualı cavablandırdı: Culfa Rayon Prokurorluğunun böyük müstəntiqi -Tural Tarverdiyev