Şahbuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, 4 nəfər xəsarət alıb -

Şahbuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, 4 nəfər xəsarət alıb - FOTO

22 May 2024

Hadisə rayonun Külüs kəndi ərazisində baş verib. Belə ki, "Mercedes" markalı avtomobilin aşması nəticəsində Şahbuz rayon Külüs kənd sakinləri, 2011-ci il təvəllüdlü Cəfərli Vurğun Elgün oğlu, 2008-ci il təvəllüdlü Vəliyev Yaqub Xəyal oğlu, Quliyev Sinan Məzahir oğlu və 2007-ci il təvəllüdlü Məmmədov Barat Qənimət oğlu xəsarət alıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.

İlkin məlumata görə, uşaqlardan biri maşını valideynlərindən icazəsiz götürərək qəza törədib.

Faktla bağlı araşdırma aparılır.