Şagirdlərə şəxsi inkişafdan danışılıb - FOTO
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi, “18 İyun Azərbaycanda İnsan Hüquqları Günü” ilə əlaqədar “İnsan hüquqları aylığı” çərçivəsində "Şəxsi inkişaf və karyeranı qurmaq” mövzusunda maarifləndirici tədbir keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, növbəti tədbir iyun ayının 10-da Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbdə baş tutub.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Firuzə Hüseynova təqdimatla çıxış edərək şəxsi inkişafın qızıl qaydaları və onun qazandırdığı keyfiyyətlər, karyera planlamalarında uğurlu addımlar atmanın yollarından danışıb. Bildirilib ki, tədbirin əsas məqsədi məktəblilərin, xüsusilə də yuxarı sinif şagirdlərinin şəxsi inkişafını dəstəkləməklə rəqabətli insan kapitalının formalaşmasına töhfə verməkdir.
Dəyirmi masa ətrafında keçirilən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.