
Qəyyumluqda (himayədə) olan uşaqların hansı hüquqları vardır? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Qəyyumluqda (himayədə) olan uşaqların hansı hüquqları vardır?
Cavab: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 139-cu maddəsinə əsasən:
Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, qəyyumluqda (himayədə) olan uşaqlar, aşağıdakı hüquqlara malikdirlər:
-qəyyumun (himayəçinin) ailəsində tərbiyə almaq, onlardan qayğı almaq, qəyyum (himayəçi) ilə birlikdə yaşamaq;
-onların saxlanması, tərbiyəsi, təhsili, hərtərəfli inkişafı və insan ləyaqətinə hörmət edilməsi üçün şəraitlə təmin olunmaq;
onlara düşən pensiya, müavinət, aliment və s. sosial ödənişləri almaq;
-yaşadıqları ev (mənzil) üzərində mülkiyyət hüququnu və ya ondan istifadə etmək hüququnu saxlamaq, ev (mənzil) olmazsa, mənzil qanunvericiliyinə uyğun mənzil almaq;
Ailə Məcəlləsinin 51-ci maddəsinə uyğun qəyyumun (himayəçinin) sui-istifadə hərəkətlərindən müdafiə olunmaq;
Ailə Məcəlləsinin 50-ci və 52-ci maddələri ilə nəzərdə tutulmuş hüquqlardan istifadə etmək.
Sualı cavablandırdı: Şahbuz rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor - Yaqub Salamzadə
Mənsurə Hümbətova