Qarabağdakı sülhməramlı qüvvələrin komandanı Rusiyanın "Şücaət" ordeni ilə təltif olunub

Qarabağdakı sülhməramlı qüvvələrin komandanı Rusiyanın "Şücaət" ordeni ilə təltif olunub

15 May 2024

Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanı general-mayor Kirill Kulakov Rusiyanın "Şücaət" ordeni ilə təltif olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, orden Kirill Kulakova Xocalı rayonunda yerləşən Rusiya sülhməramlılarını yolasalma mərasimi zamanı təqdim edilib.

Həmçinin, bir qrup rus hərbçi sülhməramlı kontingentdə fərqləndiklərinə görə medallarla təltif olunublar.